hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

OLMAYAN SİLAHDAN İMTİNA: Tramp və Kimdən əvvəl oxşarların öpüşü, qazandıran burqerlər və külqabı daşıyan xanım...  

OLMAYAN SİLAHDAN İMTİNA: Tramp və Kimdən əvvəl oxşarların öpüşü, qazandıran burqerlər və külqabı daşıyan xanım...  

Vyetnamda baş tutan ABŞ-Şimali Koreya görüşü maraqla izlənir. Sayca ikinci olan görüşün hər iki iştirakçısı artıq Vyetnamdadır. Sosial şəbəkələrdə və mətbuatda Kim Çen Inın Vyetnam paytaxtında olduğunu göstərən fotolar yayılıb. O da yazılıb ki, o, bütün yolboyu hədsiz dərəcədə çox siqaret çəkib. Şimali Koreya televiziyası səfəri bütün gün ərzində işıqlandırıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, əvvəllər bunabənzər heç bir şey müşahidə olunmazdı.

Kim Çen Inın zirehli limuzini kortejin müşayiəti ilə mehmanxanadan çıxaraq Şimali Koreya səfirliyinə doğru hərəkət edib. Şəhərin mərkəzində çox sayda polis, təhlükəsizlik qüvvəsi, BTR-lər gözə dəyir. Təsadüfi deyi l- dünyanın diqqəti bu gün bu şəhərdədir. Hətta deyilənlərə inansaq, iki liderin oxşarı artıq bir neçə gün əvvəldən Vyetnamdakı yerlərini tutublar.

Paytaxtın mərkəzindəki “Melia” hoteli Kim Çen Ina görə xüsusi şöhrət qazanıb. Bütün girişlər bağlanıb, kənar adamlar içəri buraxılmır. Şimali Koreya lideri hoteldə ən yüksək - 22-ci mərtəbədə otaq götürüb. O, 2 gün ərzində 165 kvadratmetrlik otaqda tək qalacaq. Bu da diktatorun dəbdəbəni sevmədiyinə dair illuziyaları alt-üst edir. Donald Tramp isə özünə başqa məkan seçib. O, “Mariott” hotelində qalır.

Kim Çenın səfər boyu kadrları da maraqla qarşılanıb. Lider hər dayanacaqda siqaret yandırıb, əlində büllür külqabı tutmuş qadın isə onun kiçik bacısı Kim E Çyondur. Lider ancaq öz bacısına etibar edir. O, birinci görüşdə olduğu kimi qardaşını ikinci görüşdə də müşayiət edir.

Yolda keçən 70 saatın sonunda kameralara daha bir maraqlı görüntü düşüb. Kimin arxasınca Şimali Koreya nümayəndə heyəti gedir. Onlardan bir nəfəri az qala tullanaraq Kimə çatmağa çalışır. O tərcüməçidir. Kimin yanında qaçan idman görünüşlü adamlar var. Onlar lideri qoruyurlar.

Vyetnam bu sammitdən gəlir götürmək fikrindədir. İş adamları artıq bunun yolunu da tapıb. Kim və Trampın birgə əksinin olduğu köynəklər hər yerdə satılır. Bir restoran sahibi isə daha da irəli gedərək öz reseptini təqdim edir. Tramp və Kim mətbəx variantı. Onun restoranında "Kim Çen Nyam" adlı burqer hazırlanır. Mal əti, toyuq və ya donuz ətindən sifariş verə bilərsiniz. 3 il əvvəl Britaniyadan Vyetnama gələn biznes adamı fürsəti qaçırmaq niyyətində deyil və görünən odur ki, az da qazanmır.

Restoranda Trampın da adına burqer təklif olunur. Ancaq Kimdən fərqli olaraq Trampın adı ilə adlandırılan burqer daha dolu və hətta çirkli görünür. Restoran sahibi burqerlər arasındakı fərqi belə izah edir: “Onların hazırlanmasına hər iki ölkədən gətirilən ərzaqlardan istifadə olunub. Tramp burqeri prezidentin özünün sevdiyi kimi daha yağlı və doludur. Ona iki pors pendir qoyulub”.

Axı hər kəs Trampın "fast-fud" həvəsini yaxşı bilir. Tramp hətta Ağ Evə gizli və açıq burqer sifariş etməkdən də özünü saxlaya bilmir. Məhz buna görə də həkimlər onun səhhətindən çox narahatdır. Trampın uca boyuna baxmayaraq çəkisi getdikcə artır və artıq piylənməyə meyl yaranıb. Hamısını da "tezbazar" yeməklərə olan sevgisinə borcludur.

İki lider 27 fevralda axşam birgə şam edəcək. Ancaq əsas görüş 28 fevralda olacaq.

İndi bütün dünya gözləyir: Kim Çen əslində heç vaxt sahib olmadığı nüvə silahından imtinaya görə Trampdan nə qoparda biləcəkə

Xəzər

Cebhe.info


Oxunma sayı: 3159