hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Onlar soyğunçudurlar! - Vətəndaşlara MÜRACİƏT

Onlar soyğunçudurlar! - Vətəndaşlara MÜRACİƏT

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının ərazisində 1981-ci il təvəllüdlü Bakı şəhər sakini Zaur Salayevə qarşı soyğunçuluq edilib. 

Cebhe.info xəbər verir ki, gecə saatlarında iki nəfər naməlum şəxs onu itələyib yerə yıxmaqla 247 manat pulunu və banklardan birinə məxsus kartı götürərək hadisə yerindən qaçıblar. 

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Həsən Əliyev və Sabunçu rayon sakini Cəlaləddin Məmmədov tutularaq məsuliyyətə cəlb ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri soyğunçuluq hadisəsini etiraf ediblər.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Cebhe.info


Oxunma sayı: 595