hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

OPEC qlobal iqtisadi artım gözləntilərini azaldır

OPEC qlobal iqtisadi artım gözləntilərini azaldır

Neft İxrac edən Ölkələr Birliyi və ya qısaca olaraq OPEC 2019 və 2020-ci illər üçün qlobal iqtisadi artımın 3.2 faizlik gözləntilərini müvafiq olaraq 3.1 faiz səviyyəsinə endirdiyini açıqladı.

Cebhe.info bu barədə OPEC-in bu ay açıqladığı hesabata istinadən xəbər verir.

Hesabatda qeyd edilir  ki, sözügedən endirim bəzi amillərlə - ABŞ və Avro İttifaqındakı mövcud durğunluq, Hindistanda gözlənilən artımın ilin birinci yarısında aşağı düşməsi, Argentinanın borcu problemi və ABŞ-la Çin arasındakı “ticarət müharibəsi” ilə bağlıdır.

Hazırda ABŞ-ın iqtisadi artımı 2019-cu il üçün 2.3 faiz və 2020-ci il üçün 1.9 faizə endirilib. Avropa İttifaqının 2019-cu il üçün gözləntisi 1.2 faiz sabit qalsa da, 2020-ci il üçün böyümə gözləntisi 1.1 faizə endirilib. Üstəlik, 2019-cu il üçün 6.2 faiz səviyyəsində sabit qalan Çin iqtisadi artımının gözləntisi isə 2020-ci il üçün 5.9 faizə endirilib.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 529