t OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub

OPEC+ razılaşmasına dekabrda artıqlaması ilə əməl olunub

2019-cu ilin dekabr ayında Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan ölkələr gündəlik neft hasilatının həcmini 161 min barel azaldaraq 29,44 milyon barelə endiriblər.

“Report” bu barədə OPEC-in yanvar hesabatına istinadən xəbər verir. 

Məlumata görə, azalmanın 70%-ni üzərinə götürmüş Səudiyyə Ərəbistanı hasilatı 111 min barel azaldaraq 9,76 milyon barelə, digər ölkələr - İraq 76 min barel azaldaraq 4,56 milyon barelə, BƏƏ isə 46 min barel azaldaraq 3,1 milyon barelə endirib. 

Ümumiyyətlə isə hasilatının azaldılmasına dair Vyanada (Avstriya) əldə olunmuş OPEC+ razılaşmasının iştirakçısı olan ölkələr 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən dekabr ayında gündəlik hasilatın həcmini 1,25 milyon barel azaldıblar. Beləliklə onların məcmu hasilatı müvafiq olaraq 26,75 milyon bareldən 25,5 milyon barelə düşüb. Razılaşmaya əsasən, sözügedən ölkələrin gündəlik hasilatın həcmini 812 min barel azaltmaq barədə öhdəlik götürdükləri nəzərə alınsa, həmin öhdəlik noyabr ayında 146%, dekabr ayında isə 154% yerinə yetirilib.

Cebhe.info


Oxunma sayı: 1354