hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Oqtay Əsədov deputatlara təşəkkür etdi

Oqtay Əsədov deputatlara təşəkkür etdi

Milli Məclisin növbədənkənar son plenar iclası öz işinə başlayıb. 

Cebhe.info xəbər verir ki, iclası Milli Məclisin spikeri Oqtay Əsədov açaraq ATƏT-in Parlament Assambleyasında iştirak edən deputatlardan ibarət nümayəndə heyətini təbrik etdi: “Bahar Muradova başda olmaqla ATƏT Parlament Assambleyasında bizi təmsil edən nümayəndə heyətinə təşəkkür edirəm, bizi çox yüksək səviyyədə təmsil etdilər”.

Ardınca çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in sessiyasında nümayəndə heyətinin məqsədləri və əldə olunan nəticələr haqqında parlament üzvlərinə məlumat verib:

“Luksenburqda keçirilən sessiyaya hazırlıq ərəfəsində nümayəndə heyətinin qarşısında duran əsas məqsəd Azərbaycanda görülən işləri diqqətə çatdırmaq, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla bağlı məlumat vermək və digər məsələlərlə bağlı müzakirələr aparmaq idi. Xarici İşlər Nazirliyi, Vyanadakı səfirlik və yüksək səviyyəli digər dövlət qurumlar ilə əlaqələr quruldu. Qəbul ediləcək sənəd və qətnamələrdə düzəliş və dəyişikliklərin aparılması ilə bağlı razılığa gəlindi”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 870