hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Oqtay Əsədovdan Siyavuş Novruzova cavab: “İnanmıram ki, kimsə belə arzu etsin”

Oqtay Əsədovdan Siyavuş Novruzova cavab: “İnanmıram ki, kimsə belə arzu etsin”

“Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir. Seçici növbəti seçkilərdə kimi parlamentdə görmək istəsə, onu da seçəcək”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, deputatlar ancaq arzu və istəkləri bildirə bilərlər: 

“Namizəd kreativ olsun, xarici dil bilsin, müasir olsun, bu, ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını isə seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu da insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”. 

Spiker Oqtay Əsədov isə deputata belə cavab verib:

“İnanmıram ki, kimsə belə arzu etsin”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 584