hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Oqtay Gülalıyev hələ də komadadır: “Həkimlər “gözləyin...”

Oqtay Gülalıyev hələ də komadadır: “Həkimlər “gözləyin...”

İstanbulun “Amerikan Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də koma vəziyyətindədir.

Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Cebhe.info-ya hüquq müdafiəçisinin durumundan danışıb.

O bildirib ki, Oqtay Gülalıyevin vəziyyətində hər hansı irəliləmə yoxdur:

“Hələ də komadadır. Durumunda irəliləmə yoxdur. Həkimlər sadəcə, “gözləyin” deyirlər. İnşallah ayağa qalxar”.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. 

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. 

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülüb. Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev bir aydan artıqdır ki, koma vəziyyətindədir.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1002