hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Oqtay Gülalıyevin oğlu: “Atam ancaq gözü ilə həyata baxacaq, başqa heç nə...”

Oqtay Gülalıyevin oğlu: “Atam ancaq gözü ilə həyata baxacaq, başqa heç nə...”

Müalicə üçün Azərbaycandan Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən yeni xəbər var. 

Cebhe.info xəbər verir ki, oğlu Əli Gülalıyev atasının son durumundan danışıb. O deyib ki, həkimin dediyinə görə, atasının beynində 3 hüceyrə təmamilə zədələnib:

“Bərpası mümkün olmayacaq. Bundan sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Komadan 6 ayamı, 3 iləmi çıxacaq, heç kim deyə bilməz. Ancaq gözü ilə həyata baxacaq, başqa heç nə... Atam bu ölkə üçün, insan haqları üçün əlindən gələni etməyə çalışdı, maləsəf, artıq edə bilməyəcək. Bundan sonra əzab içində həyatla mübarizə aparacaq”. 

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1772