hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ordu 18 kilometr irəlilədi, Prezident təcili toplantı çağırdı

Ordu 18 kilometr irəlilədi, Prezident təcili toplantı çağırdı

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG terror qruplaşmasına qarşı başlatdığı “Barış Pınarı” əməliyyatını uğurla davam etdirir. 

Əməliyyat çərçivəsində Türkiyə Müdafiə Nazirliyindən və əməliyyatın idarə edilməsi üçün yaradılan Qərargahdan mütəmadi məlumatlar ictimaiyyətə açıqlanır.

Cebhe.info xəbər verir ki, son məlumatlara əsasən, Türkiyə ordusu sərhəddən Suriya istiqamətində 30 kilometr irəliləyərək terrorçuların 181 mövqeyinə sarsıdıcı zərbələr endirib. Əməliyyata "F16" təyyarələri cəlb olunub. Qırıcılar Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki hədəfləri bombalayıb. Dərik və Qamışlı əyalətlərində terrorçular məhv edilib. Hərbi əməliyyatlarla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasını toplayıb. 

Mətbuata qapalı keçirilən iclasda “Barış Pınarı” hərəkatı ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 980