hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Ordudan sonra səfirlərin qiyamı: Diplomatlar da Paşinyana qarşı çıxdı

Ordudan sonra səfirlərin qiyamı: Diplomatlar da Paşinyana qarşı çıxdı

Ermənistanın xarici ölkələrdəki səfir korpusunun böyük br hissəsi Baş nazir Nikol Paşinyana qarşı çıxıb. Onlar da Baş nazirin istefasını tələb edirlər.

Cebhe.info xəbər verir ki, bu barədə "Past" qəzeti yazıb.

Nəşrin yazdığına görə, diplomatik korpus Azərbaycan və Türkiyə rəhbərliyinin Ermənistana yönəlik fikirlərinə münasibət bildirmək üçün heç bir fəaliyyət göstərmir:

"Ermənistan Xarici İşlər Nazirliyi bu ittihamlara bəyanatla cavab verməli idi, hətta mətn də hazır olub, ancaq Paşinyan bəyanatın yayılmamasına tapşırıq verib. Bu da diplomatik korpusun qəzəbinə səbəb olub.

Amma tək səbəb bu deyil. Daxil olan məlumata görə, artıq diolomatik korpusun səbri tükənib. Bir çox diplomatlar da Paşinyanın istefasını tələb edir".

Xəzər
Cebhe.info


Oxunma sayı: 4203