hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

Orqanizmdə dəmir çatışmazlığının səbəbi məlum oldu - Həkim rəyi

Orqanizmdə dəmir çatışmazlığının səbəbi məlum oldu - Həkim rəyi

Bir sıra xəstəliklər var ki, onlar orqanizmdə dəmir çatışmazlığı nəticəsində yaranır.

Cebhe.info xəbər verir ki, bu sözləri rusiyalı həkim-hematoloq Sergey Zaxarov deyib.

Bu barədə "Qovorit Moskva" məlumat yayıb.

Həkimin sözlərinə görə, sistemli şəkildə qanaxmalarla müşahidə edilə hemoroy və digər xəstəliklər orqanizmdə dəmir çatışmazlığının göstəricisidir.

"İstənilən eroziya tez bir zamanda qan itrilməsi ilə nəticələnir. İnsan eroziya səbəbindən gündə, hətta bir damcı qan itirsə belə, nəticədə orqanizmdə dəmir çatışmazlığı yaranır",-deyə həkim-hematoloq bildirib.

"Mədə xorası və digər xroniki mədə-bağırsaq traktı xəstəlikləri də dəmir çatışmazlığından xəbər verir. Bu xəstəliklər tədricən dəmir çatışmazlığına səbəb olur. Həmçinin onkoloji xəstəliklər və şəkərli diabet xəstəliyi də orqanizmdə dəmir çatışmazlığı yaradır", - deyə həkim əlavə edib.

Hematoloq xəbərdarlıq edib ki, dəmir çatışmazlığı yarandıqda özünümüalicə düzgün hal deyil.

"Belə hallarda, həkimə müraciət edilməlidir", - deyə həkim qeyd edib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1585