hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Ötən gün şəhid olan DSX zabiti Gəncədə dəfn edilib

Ötən gün şəhid olan DSX zabiti Gəncədə dəfn edilib

Ötən gün şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə şəhərində DSX-nin şəhid olmuş kapitanı, 1988-ci il təvəllüdlü Muxtarov Sənan İlqar oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra şəhid S.Muxtarov Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, S.Muxtarov ötən gün Zəngilan rayonu ərazisində avtomobillə hərəkətdə olarkən minaya düşüb. Nəticədə S.Muxtarov şəhid olub, sürücüsü isə ağır yaralanıb.

Allah rəhmət eləsin!

Cebhe.info


Oxunma sayı: 584

Bizim Telegram səhifəmizi izləyin