hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Ötən gün toylara görə daha 7 nəfər cərimələnib

Ötən gün toylara görə daha 7 nəfər cərimələnib

Noyabrın 25-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 211 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 206 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 219 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Cebhe.info


Oxunma sayı: 452