hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Ödənişsiz dərs keçən müəllimə direktordan təzyiq: Pul almasını tələb edir

Ödənişsiz dərs keçən müəllimə direktordan təzyiq: Pul almasını tələb edir

Bərdə rayonunun bəzi məktəblərində qanunsuzluqlar baş alıb gedir, şagirdlərə ödənişsiz xarici dilləri tədris edən bir müəllimə qarşı təzyiqlər edilir.

Belə ki, Bərdə rayonu Z.Əliyeva adına liseydə müəllim işləyən İbrahim Cəfərova həmin məktəbin müdiri Vidadi Süleymanov , 9 saylı ƏMHM-nın rəisi Elçin Həsənzadə və Bərdə Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov tərəfindən təzyiqlər olunur.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən İbrahim Cəfərov bildirib ki, müdiriyyət ondan ödənişli xarici dillərin tədrisini tələb edir:

“Ödənişli hazırlıq kursları təşkil edib müəllimlərdən haqq alırlar. Məndən şagirdlərə 100 söz öyrətməyimi tələb edirlər, mən isə 1000-2000 söz öyrədirəm, hətta bəziləri 3000 söz bilir. Bu şəxslər isə mənim öyrətmə üsulumun metodikaya zidd olduğunu deyib, dərs keçməyimə mane olurlar. Hətta mane olmaq üçün 5-ci sinif şagirdinə valideynlərindən xəbərsiz pis müəllim olmağımla bağlı ərizə yazdırıblar”.

Qeyd edək ki, İbrahim müəllim Azərbaycanın ən çox dil bilən poliqlotudur. 25 dili yaxşı bilir, 50-dən artıq dildə danışa bilir. İşlədiyi məktəblərdə yüzlərlə şagirdə ödənişsiz xarici dilləri tədris edir. Bu məşğələlərə lazım olan xərcləri də özü ödəyir.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 694