hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Ölüm ağacı: Təkcə meyvəsi yox, altından keçmək belə insanı öldürür

Ölüm ağacı: Təkcə meyvəsi yox, altından keçmək belə insanı öldürür

Ağaclar təbiətin ciyəridir. Amma bəzən bu ciyər də insanı öldürə bilir.

Cebhe.info xəbər verir ki, dünyanın ən zəhərli ağacı Baham adaları, Florida, Mərkəzi və Güney Amerikada bitir. Yerli sakinlər həmin ağacın kölgəsində yatan adamın bir daha ayağa qalxmayacağını düşünür.

Buna görə hətta Ginnesin “Rekordlar kitabı"na da düşüb. “Ölüm maşını” adlandırılan ağacın əsl adı “Manchineel”dir.

Meyvəsi almanı xatırladır. Ağac o qədər zəhərlidir ki, bu meyvədən yemədən də insanı öldürür. Bu ağacın altından keçmək də insana böyük ziyan vura bilər. Ağacın tərkibində olduqca güclü toksin maddə var. Ancaq mütəxəssislər hələ də bu ağacın tərkibindəki toksini bütünlüklə öyrənə bilməyiblər. Ağacın meyvəsi, yarpağı ağıza dəydiyi zaman insanı zəhərləyir. Əgər ağac yandığı zaman onun yanında dayansanız, tüstüsü korluğa səbəb olar. Ağacın üstünə düşən yağış damlası daha sonra insanın ağzına, gözünə düşərsə, həmin an dəridə qabarlara səbəb olar. İspan dilində ağacın mənası "ölümcül kiçik alma" deməkdir.

Mütəxəssislər bildirir ki, toksin kimyəvi maddələri tərkibində saxlayan ağacın yarpağı və ya meyvəsi həzm sistemində, boğazda, nəfəs və görmə orqanlarında böyük problemlərə yol aça bilər. Ölümə səbəb isə ağacın meyvə yarpağının tərkibindəki ödün nəfəs borusunu tıxanmasıdır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1948