hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Öləndən sonra orqanının götürülməsini istəməyənlər: İndidən etiraz məktubu yazın - DEPUTAT

Öləndən sonra orqanının götürülməsini istəməyənlər: İndidən etiraz məktubu yazın - DEPUTAT

Azərbaycanda yaxın vaxtlarda meyitdən orqan götürülməsi ilə bağlı qanun layihəsi qəbul ediləcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu barədə məlumat verib. Millət vəkili hesab edir ki, ölkəmizdə meyitdən orqan köçürülməsinə böyük ehtiyac var. Amma hələlik qanun meyitdən orqan köçürülməsinə icazə vermir. Yeni qanun layihəsində məsələ bütün cəhətləri ilə öz əksini tapacaq.

Ancaq sözügedən məsələ ictimaiyyətdə birmənalı qarşılanmır. Cəmiyyətimizdəki bəzi mental dəyərlər qanun qəbul olunsa belə, onun icrasında çətinliklər yarada bilər.

Millət vəkili Musa Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, məsələ könüllülük prinsipi əsasında tənzimlənəcək:

“Dinimiz də bunu qadağan etmir. Həmçinin dünya ölkələrinin hamısında bu həyata keçirilir. Təbii ki, maarifləndirmə və təbliğat işi aparılacaq. Əsas odur ki, qanun qəbul olunsun və lazımi klinikalar yaradılsın. Hər klinikada bunu etmək olmaz. Bununla bağlı ölkənin tanınmış şəxsləri yaxşı nümunələr göstərəcəklər. Kim ki, razı olmayacaq, o, sağlığında etiraz məktubu yazıb qoyacaq ki, orqanını götürməsinlər. Heç kəs də, onu götürməyəcək. Kim ki, heç bir münasibət bildirməyəcək, bununla bağlı onun yaxın qohumlarından soruşulacaq. Razılıq verəcəklərsə, orqan götürüləcək. Razılıq olmasa əksinə... Yəni məsələ tədricən öz qaydasına düşəcək”.

Deputat qeyd edib ki, qonşu Türkiyədə və İranda bu sahədə heç bir problem yoxdur:

“Onlar da müsəlman ölkəsidir və bizə mentalitet baxımından yaxın xalqlardır. Heç bir problem yoxdur. Hesab edirəm ki, qanun qəbul olunub, klinikalar yaranandan sonra bu məsələ həll olunacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2520