hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ölkə qarışdı: Müxalifət dövlət televiziyasını ələ keçirdi

Ölkə qarışdı: Müxalifət dövlət televiziyasını ələ keçirdi

Boliviyada gərginlik artır. 

Cebhe.info xəbər verir ki, müxalifət tərəfdarları rəsmi kanal “Boliviya TV”-ni ələ keçirib. Müxalifət həmçinin rəsmi radio olan “Patria Nueva”ya da nəzarət edir. “Patria Nueva” radiostansiyasının direktoru İvan Maldonado xəbəri təsdiq edib. Maldonado deyib ki, müxalifət televiziya və radionun binasını mühasirəyə alıb, jurnalistlərə təzyiq edib. “Onlar demokratiyanı müdafiə edirik deyirlər, ancaq özlərini diktator kimi aparırlar”-deyə, Maldonado bildirib. 

Qeyd edək ki, hökumətə əleyhinə çıxışlar oktyabrın 20-dən başlanıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 1915