hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ölkələr savaşır: Təsiri Azərbaycana dəyəcək?

Ölkələr savaşır: Təsiri Azərbaycana dəyəcək?

ABŞ-ın investisiya bankı "Goldman Sachs" ABŞ seçkilərinə qədər dünyanın ən böyük 2 iqtisadiyyatının ticarət mövzusunda razılaşa bilməyəcəyini nəzərdə tutur.

"Goldman Sachs" analitikləri Çin ilə ABŞ arasında bir razılaşma gözləmədiklərini qeyd ediblər. Onlar Trampın əlavə vergi qərarından sonra ABŞ-da 2020-ci ildəki seçkilərdən əvvəl iki tərəfin razılaşmasını gözləmədiklərini bildiriblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 1-də 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz əlavə gömrük rüsumu tətbiq etdiyi açıqlayıb. Qərarın sentyabrın 1-də qüvvəyə minəcəyi gözlənilir.

Tərəflər arasında razılaşma hələlik uzaq görünür. Deməli, dünya hələ 2 il də iqtisadi gərginlik içində olacaq.

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, dünya siyasətçiləri iki ölkə arasındakı münasibəti “ticarət savaşı” adlandrır:

“Əslində ABŞ-la Çin arasındakı “ticarət savaşı” deyil. Bu gün bir çox siyasilər və digər peşə sahibləri Trampı ciddi qəbul etmirlər. Amma ABŞ tarixində bu, bir ilkdir ki, administrasiyanın başında həm iqtisadçı, həm də biznesmen dayanıb. Bu ticarətçi prezident də ilk növbədə ABŞ-ın digər ölkələrə qarşı apardığı yumşaq ticarət münasibətlərinə xitam verdi. Bunun əvəzində ABŞ-ın ticarət siyasətini qorumaq istiqamətində yol götürüb. ABŞ-ın illər boyu apardığı elastik siyasətin nəticəsi olaraq bu gün Çin tanınıb. Yəni hazırda Çin iqtisadiyyatının formalaşması ABŞ-ın uzun illər apardığı yumşaq siyasətin nəticəsidir. Bu gün ABŞ bütün ölkələrə qarşı öz daxili maraqlarını hər şeydən üstün tutur. Bu, “ticarət müharibəsi” deyil və bununla bağlı heç bir ölkə, o cümlədən Çin ABŞ-a qarşı sanksiya tətbiq edə bilməyəcək. Bu cəfəngiyyatdır. Bu ölkələr arasında idxal-ixrac əməliyyatları balansının dəqiq elmi tədqiqatlarını aparanlar deyə bilər ki, Çin ABŞ-ın makroiqtisadi tarazlığına təsir edə biləcək addım ata bilməyəcək. Eyni zamanda, Çin özü də makroiqtisadi səviyyədə təlatüm dövrü yaşamayacaq. Sadəcə, bir sahə üzrə inkişaf tempindən olacaq, çünki ABŞ kimi ticarət ərazisini tam fəth edə bilməyəcək”.

Analitik hesab edir ki, proseslər ABŞ-ın öz ticarət maraqlarını hər şeydən üstün tutub istədiyi siyasəti bərqərar edənə qədər davam edəcək:

“Amma burada iki dövlət arasında diplomatik əlaqələrin kəsilməsinə və yaxud da müharibəyə gətirə biləcək vəziyyət yaranmayacaq. Zaman-zaman Çin yuanı və ABŞ dollar bir-birinə qarşı yüksələ və ya ucuzlaşa bilər. Bu müstəvidə Azərbaycana heç bir ziyan dəyməyəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 3906