hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Ölkələr üçün BÖYÜK TƏHDİD: İŞİD-çilər dünyaya səpələnir: Şoyqu xəbərdarlıq etdi

Ölkələr üçün BÖYÜK TƏHDİD: İŞİD-çilər dünyaya səpələnir: Şoyqu xəbərdarlıq etdi

Suriyada İŞİD terror təşkilatı üzvlərinin saxlanıldığı 12 həbsxana nəzarətsiz qalıb. 

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Nazir bildirib ki, buna səbəb Türkiyənin Suriyadakı hərbi əməliyyatlarıdır: "Bu, terrorçuların öz vətənlərinə qayıtmasına zəmin yarada bilər".

Şoyqu qeyd edib ki, 12 həbsxana ilə yanaşı qaçqınlar üçün 8 düşərgə də tam nəzarətsiz qalıb. Nazirin fikrincə, terrorçuların mümkün hərəkətlərinin qarşısını almaq üçün dünya birlik nümayiş etdirməlidir.

Xatırladaq ki, Türkiyə 9 oktyabrdan etibarən Suriyada əməliyyatlara başlayıb.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 2256