t Ölkəmizin xam neft ixracı artıb
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

Ölkəmizin xam neft ixracı artıb

Ölkəmizin xam neft ixracı artıb

2019-cu ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 30,837 milyon ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib. 

Cebhe.info Dövlət Gömrük Komitəsinə əsasən xəbər verir ki, bu məbləğdə məhsulun dəyəri 14,814 milyard ABŞ dolları təşkil edib. 

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 75,45 faiz təşkil edib. 

2019-cu ildə ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının miqdarı 2018-ci ildən 4,5 faiz çox, dəyəri isə 5,8 faiz az olub. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 617