hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Ölkəyə əlavə valyuta gəlib: Hərracda satışın azalmasında İLK SƏBƏB

Ölkəyə əlavə valyuta gəlib: Hərracda satışın azalmasında İLK SƏBƏB

Dövlət Neft Fondunun hərracda satışa çıxardığı dolların həcmi azalıb. 

Belə ki, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 5 707,51 mln. ABŞ dolları məbləğində valyuta satılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,79 mln. dollar və ya 1,3 faiz azdır.

Qeyd edək ki, cari ilin oktyabr ayı ilə müqayisədə ötən ay Fond tərəfindən satılan valyutanın həcmi 17,6% azalıb.

Maraqlıdır, bu azalmanın səbəbi nədir?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında valyuta satışının azalma səbəbinin turist axını olduğunu deyib. Bununla yanaşı ekspert bildirib ki, son zamanlar qeri-neft sektorunun ixracı hesabına ölkəyə müəyyən miqdarda əlavə valyuta daxil olub və bu da azalmaya təsir edən başlıca səbəbdir:

“Ötən ilin əvvəllərindən, təxminən aprel-may ayından başlayaraq Azərbaycanda valyuta satışı bir qədər sabitləşib. Bu, ölkəyə çoxlu sayda turistin gəlməsi ilə bağlıdır, həm də son zamanlar qeyri-neft sektorunun ixracı hesabına ölkəyə 5-10 faiz civarında əlavə valyuta daxil olub. Ona görə də hesab edirəm ki, valyuta satışının azalması başlıca səbəbi bununla bağlıdır. Əslində, Azərbaycan hökumətinin qarşıya qoyduğu qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixrac potensialının artırılması strategiyası da buna hesablanıb. Bu siyasət ölkədə neftdən gələn valyutanın satışa verilməsinin azalmasını hədəfləyir. Amma onu da qeyd edim ki, bu siyasət çox zəif inkişaf edir”.

İqtisadçı diqqətə çatdırıb ki, bizim kimi karbohidrogen ehtiyatları olmayan ölkələrdə, adətən, ölkənin daxilindəki valyutaya olan ehtiyac ixrac potensialı hesabına ödənilir, yəni digər məhsulların ixracı hesabına ölkəyə valyuta gəlir. Lakin bizdə vəziyyət bir qədər fərqlidir:

“Qeyd edim ki, Azərbaycanda, əsasən, neftdən gələn gəlir ölkə daxilindəki valyuta təminatını ödəyir. Bizdə digər mənbələrdən daxilolmalar həm azdır, həm də digər mənbələri nəzərə almırıq. Təkcə biz belə ənənəni qəbul etmişik ki, valyuta bazara yalnız Neft Fondu tərəfdən çıxarılsın. Bu gün neft və qeyri-neft sektorunun ixrac potensialı Azərbaycan üçün 90-nın onadır, yəni təxminən 90 faiz neft və neft məhsulları ixrac edilir, 10 faiz isə qeyri-neft məhsulları ixrac edilir. Məsələn, son zamanlar Sumqayıtda karbamid zavodunun işə düşməsi müəyyən qədər ixrac potensialının genişlənməsinə təsir edir. Amma bu, çox azdır. Bu gün məhsullar ölkədə 100-lərlə adda olmalıdır ki, bizim qeyri-neft ixrac potensialımız genişlənsin və ölkədə Neft Fondunun bazara valyuta çıxarmasına ehtiyac azalsın”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1805