hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ölkəyə Naxçıvanı Ermənistana “verən” qlobus gətirilib: - “Papirus” şirkəti sualdan necə yayındı?

Ölkəyə Naxçıvanı Ermənistana “verən” qlobus gətirilib: - “Papirus” şirkəti sualdan necə yayındı?

Bakıda Naxçıvanın Ermənistan ərazisi kimi göstərildiyi qlobuslar satışa çıxıb.

Yerli mediada yayılan məlumata görə, bu qlobuslarda Naxçıvan ərazisi Azərbaycandan ayrı göstərilərək, Ermənistan ərazisinə daxil edilib. Azərbaycanın ərazi bütövlüyünü təhrif edən qlobuslar Çində hazırlanaraq, Bakıya gətirilib. Qlobusları Azərbaycana “Papirus” adlı şirkət gətirib və ölkədəki bütün satış məntəqələrinə paylanılıb.

İlk olaraq Müşfiqabad qəsəbəsində “Davud market”də satışa çıxarılıb.

Cebhe.info bununla əlaqədar “Papirus” ofis və məktəb ləvazimatı şirkətilə əlaqə saxlayıb. Zəngə cavab verən əməkdaş ilk olaraq nömrənin şirkətə aid olduğunu bildirsə də, qlobusla bağlı sualı eşitdikdən sonra “Bu barədə heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bura şirkət deyil”,- cavabını verib.

Hicranə

Cebhe.info


Oxunma sayı: 1627