t Ötən ildən 7 milyard artıq pulumuz qalıb – Maliyyə Nazirliyi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Ötən ildən 7 milyard artıq pulumuz qalıb – Maliyyə Nazirliyi

Ötən ildən 7 milyard artıq pulumuz qalıb – Maliyyə Nazirliyi

2019-cu ilin icmal büdcəsində 7342,7 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza (1863,9 mln. manat) nisbətən 5478,8 mln. manat və ya 3,9 dəfə çoxdur.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat yayıb.

Məlumata görə, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat, xərcləri 24404,8 mln.manat olub.

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat və ya proqnoza qarşı 1031,6 mln. manat çox (4,5 faiz çox) icra olunmuşdur. Bu 2018-ci illə müqayisədə 1690,7 mln. manat və ya 7,5 faiz çoxdur.

2019-cu ildə dövlət büdcəsinin xərcləri 96,9 faiz və ya 24404,8 mln. manat icra edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1673,2 mln. manat və ya 7,4 faiz çoxdur.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 6590