hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Ötən ilə görə azalan, aylıq göstərici ilə artan rəqəmlər: İnflyasiya rəqəmləri realdırmı?

Ötən ilə görə azalan, aylıq göstərici ilə artan rəqəmlər: İnflyasiya rəqəmləri realdırmı?

İnflyasiya dərəcəsi fevral ayına görə artıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə azalıb. 

Azərbaycan Mərkəzi Bankının iflyasiya göstəricilərinə istinadən Cebhe.info xəbər verir ki, cari ilin mart ayı üzrə iflyasiya dərəcəsi 2.1 faiz təşkil edib. Bu rəqəm yanvar ayı üçün 1.7, fevral ayı üçün isə 1.9 faiz olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə inflyasiya dəcərəcinin 50 faizdən artıq aşağı düşdüyü görünür. Belə ki, inflyasiya göstəricisi ötən ilin yanvarın 5.5, fevralda 4.7, mart ayında isə 4 faiz təşkil edib. Qeyd edək ki, ötən ilin yekununda inflyasiya dərəcəsi 2.3 faiz olub.

Müstəqil ekspertlər isə rəsmi statistik rəqəmlərin əksini iddia edir. Belə ki, ekspertlər hazırda inflyasiyanın ikirəqəmli olduğu qənaətindədir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 254