hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Öz dəfnindən 7 saat sonra evinə qayıtdı - MARAQLI OLAY

Öz dəfnindən 7 saat sonra evinə qayıtdı - MARAQLI OLAY

Mərhum öz dəfnindən sonra evinə qayıdıb. 

Cebhe.info xəbər verir ki, qəribə hadisə İndoneziyanın Şərqi Yava əyalətində olub. 

"AsiaOne" saytı yazıb ki, şəxsin yol qəzasında öldüyü güman edilib. Qarışıqlığa səbəb motosikletlə qəzaya düşən şəxsin üzərində şəxsiyyəti təsdiqləyən heç bir sənədin olmaması olub. Buna görə də onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Polis araşdırmalardan sonra motosikletin 40 yaşlı tikinti mütəxəssisi Sunartonun adına qeydiyyatda olduğunu müəyyənləşdirib. Buna görə də ölən şəxsin məhz Sunarto olduğu təxmin edilib və cəsəd dəfn üçün ailəsinə təhvil verilib. Maraqlıdır ki, ailə cəsədin onların yaxınına məxsus olduğunu inkar etməyib və onu dəfn edib. 

Dəfndən 7 saat sonra Sunarto evinə qayıdıb. Bildirib ki, öldüyü barədə xəbəri dostlarından eşidib. 

Məlum olub ki, Sunarto motosikletini borc aldığı dostuna 3 ay müddətinə girov verib və yol qəzasında ölən də məhz  Varim adlı dostu olub.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 727