hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Özbəkistan Prezidenti Bakıya gəlir: QƏRARI İMZALADI

Özbəkistan Prezidenti Bakıya gəlir: QƏRARI İMZALADI

Özbəkistan türkdilli Ölkələrin Əməkdaşlığı Şurasına üzvlüyü ratifikasiya edib. 

Cebhe.info xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Şuraya qəbulla bağlı Prezident Şövkət Mirziyoyev qərar imzalayıb. 

Xatırladaq ki, Özbəkistan rəsmi şəkildə Şura katibliyinə üzvlüklə bağlı müraciət etmişdi. Şuraya üzvlüklə bağlı daxili prosedur 14 sentyabrda başa çatıb. Sənəd Prezident tərəfindən imzalanıb, elə həmin gün də Məclis Senatı tərəfindən təsdiqlənib. 

Şuranın baş katibi Bağdad Amrayev bildirib ki, bu, tarixi hadisədir. Mirziyoyev ölkəsini Şuranın 7-ci sammitində təmsil edəcək. Tədbir bu ilin oktyabrın 15-də Bakıda keçiriləcək. 

Özbəkistanda hesab edirlər ki, quruma üzvlük iqtisadi-siyasi əlaqələrin daha da yaxşılaşması baxımından mühüm imkanlar açacaq. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 925