t Özbəkistanda bu qadağa götürüldü
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Özbəkistanda bu qadağa götürüldü

Özbəkistanda bu qadağa götürüldü

Özbəkistanda 2006-cı ildən ləğv edilmiş qərar yenidən bərpa edilib. 

Qərara əsasən, məktəblilər FLEX proqramı çərçivəsində ABŞ-da təhsillərini davam etdirə biləcəklər.

Cebhe.info xəbər verir ki, bu barədə ACCELS təşkilatının saytında məlumat yerləşdirilib.

Bu proqramda 2002-2004-cü illərdə anadan olmuş şagirdlər iştirak edə bilər. Eyni zamanda onların Özbəkistan vətəndaşı olması, ingilis dilini bilməsi vacıb şərtdir.

Seçim turundan keçən şagirdlər 1 il müddətində okeanın o tayında təhsil alacaq və bir amerikalı ailəsində məskunlaşacaqlar. ABŞ hökuməti onlara hər ay təqaüd verəcək, tibbi sığorta ilə təmin edəcək.

Qeyd edək ki, ACCELS Özbəkistanda ilk dəfə 1995-ci ildə fəaliyyətə başlayıb, 2006-cı ildə isə məhkəmənin qərarı ilə onların işi dayandırılıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 870