hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Özbəkistan sərt karantinə qayıtmaq istəyir - TƏHLÜKƏ

Özbəkistan sərt karantinə qayıtmaq istəyir - TƏHLÜKƏ

Özbəkistan son günlər koronavirus xəstələrinin sayının yenidən artması ilə əlaqədar sərt karantin rejiminə qayıda bilər.

Cebhe.info-nun məlumatına görə, Özbəkistan Səhiyyə nazirinin müavini Bahodır Yusufəliyev belə deyib.

"Xəstəliyin artması bu tempdə davam edərsə, sərt karantinə qayıdacağıq"-nazir müavini qeyd edib. Onun sözlərinə görə, son vaxtlar Özbəkistanda gündə 60-a qədər yeni yoluxma qeydə alınıb və əhali artıq rahat karantin qaydalarına tam əməl etmir. "Vəziyyət bir anda dəyişə bilər",- deyə Yusupalıyev xəbərdarlıq etdi.

O, həmçinin hesab edir ki, payızda koronavirusun başqa bir dalğası görünə bilər. Özbəkistanda koronavirusla bağlı karantin müddəti iyunun 1-dək uzadılıb. Bu günə qədər respublikada 3200-ə yaxın insan bu xəstəliyə yoluxub. Onların 80 faizi artıq müalicə olunub. 13 nəfər isə dünyasını dəyişib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 859