hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Özbəkistan tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır

Özbəkistan tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır

Özbəkistan Azərbaycanla Ermənistan arasında münasibətlərdə gərginliyin artması ilə əlaqədar ciddi narahatlığı ifadə edib və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb.

Trend bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verir.

Bəyanatda qeyd olunur ki, qarşıdurma zamanı hərbi güc tətbiq edilməsi hər iki tərəfdən çoxsaylı insan tələfatına gətirib çıxara bilər:

“Özbəkistan tərəfi MDB-nin sədri qismində bir daha MDB məkanında mehriban qonşuluq, qarşılıqlı etimad və dostluq münasibətlərinin möhkəmləndirilməsinin və mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq dinc həllinin vacibliyini təsdiq edir. Özbəkistan Ermənistanı və Azərbaycanı tezliklə hərbi əməliyyatları dayandırmağa və münaqişənin suverenlik və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsi məqsədilə diplomatik danışıqlara başlamağa çağırır”.

Cebhe.info


Oxunma sayı: 1079

Bizim Telegram səhifəmizi izləyin