hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Özəl klinikalar pulsuz peyvənddən də pul qazanır: “Müayinəyə nə ehtiyac var?” - HƏKİM

Özəl klinikalar pulsuz peyvənddən də pul qazanır: “Müayinəyə nə ehtiyac var?” - HƏKİM

Bildiyiniz kimi, iyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara “Pfizer” vaksini də vurulmağa başlanılıb.

Bu məqsədlə "Pfizer” vaksini üçün peyvənd məntəqələrinin sayı artırılıb. Vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılacaq. Lakin vaksinasiya üçün həmin klinikalara müraciət edən şəxslər xoş olmayan sürprizlə rastlaşıblar.

Belə ki, bəzi özəl tibb müəssisələrində vaksinasiya üçün gedən şəxslərdən tibb müəssisəsinin daxili qaydalarına əsasən peyvənd vurulmadan öncə tibbi müayinə tələb edilib. Bu halda da müayinə ödənişli qaydada aparılır.

Müayinədən keçmək istəməyən şəxslər isə vaksinasiya prosesinə cəlb edilmir. Mərkəzi Klinika və Bakı Sağlamlıq Mərkəzində vaksindən öncə vətəndaşdan müayinə üçün ödəniş tələb edilmir.

“Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da isə müayinələr ödənişlidir. Belə ki, “Leyla Medical Center”də yoxlanış qiyməti 30 manat, “Caspian İnternational Hospital”da isə hər iki dozadan əvvəl 30 manat, yəni ümumilikdə 60 manat ödəniş tələb olunur.

Bu da artıq insanlar üçün əlavə pul itkisi, klinikalar üçün də əlavə gəlir mənbəyidir. Peyvənd üzərindən pul ala bilməyən özəl klinikalar vaksinasiya yolu ilə müayinədən gəlir əldə edir.

Maraqlıdır ki, belə olan halda nəyə görə dövlət tibb müəssisələrində peyvənd üçün müraciət edənlərin dəqiq və geniş müayinəsi aparılmır? Əgər müayinəyə ehtiyac yoxdursa, o zaman özəl klinikalar niyə vətəndaşlardan bu vasitə ilə pul tələb edir?

Cebhe.info-ya açıqlamasında İnfeksionit Mərdan Əliyev bildirib ki, peyvənddən öncə xüsusi müayinəyə ehtiyac yoxdur və bü mənada dövlət klinikalarının apardığı strategiya doğrudur:

“Əslində peyvənd vurularkən hər kəsi müayinə etməyə ehtiyac yoxdur. Çünki onsuz da şəxsdən soruşulur, əgər şəxs özünü xəstə hesab etmirsə, müayinə olunmasına nə ehtiyac var? Ona görə dövlət klinikalarında da müayinələr olunmur. Sadəcə həkim baxışı keçirilir, təzyiqin, temperaturun ölçülməsi kimi müayinələr aparılır. Digər müayunələr isə aparılmır. Əgər ehtiyac yaranarsa, aparıla bilər. Dövlət poliklinkalarında həmin müayinələr pulsuz olduğu üçün xəstə pul ödəmir. Özəl klinikalarda isə digər müayinələr pullu olduğundan vaksinasiyadan öncə götürülən müayinəyə də pul veriir. Lakin peyvənd dövlət tərəfindən paylandığından onun pulunu ala bilməzlər”.

O qeyd edib ki, bu, özəl klinikaların peyvənddən də pul qazanma yoludur:

“Yox, əgər müayinə məcburi şəkildə aparılıb, müayinə olunmayanlara peyvənd vurulmursa, bu doğru deyil. Çünki peyvəndin yeganə əks təsiri xroniki xəstələrdə özünü göstərə bilər. Əgər şəxsin xroniki xəstəliyi yoxdursa, qan analizinə, digər analizlərə nə ehtiyac var ki? Xəstə onsuz da öz xəstəliyini bilir. Yəni, bu, sadəcə əlavə müayinə edib pul almaq məqsədi daşıyır. Peyvəndin pulunu çıxartmasalar da, əlavə qazanc əldə etmək məqsədləri var. Bu da düzgün deyil”.

Naibə
Cebhe.info


Oxunma sayı: 2608