hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Özünüməşğulluq proqramı - Bu dəfə Ağdamda

Özünüməşğulluq proqramı -  Bu dəfə Ağdamda

Daha bir rayonumuz – Ağdam erməni faşizminin işğalından azad oldu və bu rayondan olan həmvətənlərimizin də yurd həsrətinə son qoyuldu.

Onların sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var.

İndi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Ağdama aparacaqlar.

Kiçik ailə təsərrüfat və müəssisələrini öz rayonlarında genişləndirəcəklər.

Bu barədə Cebhe.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyindən bildirilib.

Məlumatda deyilir ki, düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerlə-yeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 694

Bizim Telegram səhifəmizi izləyin