hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Ağ Ev prezidentin komandasını parçalayır

Ağ Ev prezidentin komandasını parçalayır

ABŞ Venesuelanın Sosialist Partiyasının liderlərindən biri Diosdado Kabelyo ilə məxfi danışıqlara başlayıb.

Cebhe.info “Associated Press”’ istinadən məlumat verir ki, dövlət başçısı Nikolas Maduronun yaxın çevrəsinə daxil olan digər şəxslər kimi Kabelyo da Karakasda hakimiyyət dəyişəcəyi təqdirdə sanksiyalarla üzləşməyəcəyinə ümid edir. Qeyd edilir ki, Venesuelada ikinci nüfuzlu şəxs hesab edilən Kabelyo ötən ay ABŞ Prezidenti Donadl Tramp Administrasiyasına yaxın şəxslə görüşüb. Bu qəbildən olan ikinci görüş hazırlıq mərhələsindədir.

Xatırladaq ki, ABŞ hökuməti Kabelyonu genişmiqyaslı korrupsiya əməliyyatında, narkotik ticarətində, hətta senatorlardan birini ölümlə təhdid etməkdə ittiham edib. Lakin ABŞ heç bir halda onu Maduronun xələfi kimi nəzərdən keçirmir. Əksinə, danışıqların məqsədi hakim partiya daxilində hakimiyyət uğrunda mübarizəni stimullaşdırmaqla Maduro rejiminə təzyiqi artırmaqdır. Kabelyo məsələyə münasibət bildirmək istəməyib. Ancaq onun köməkçilərindən biri ABŞ-ın dəfələrlə onunla əlaqə qurmağa çalışdığını təsdiqləyib.

Bu zaman vurğulanıb ki, Kabelyo yalnız prezidentin icazəsi ilə sanksiyaların ləğvinə nail olmaq üçün amerikalılarla görüşür.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 980