hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

AKP iqtidarının sonunu gətirəcək adam

AKP iqtidarının sonunu gətirəcək adam

Türkiyənin eks-prezidenti Abdulla Gülün dövlət başçısı postuna qayıdacağına dair məlumatlar yenidən gündəmə gəlib.

Yerli KİV-in yazdığına görə, 2023-cü ildə keçiriləcək Prezident seçkilərində Abdulla Gülün prezidentliyə namizədliyi irəli sürüləcək.

Sabiq prezidentin hansı partiyadan namizəd olacağı açıqlanmasa da, onun iddiasını reallaşdırmaq üçün AKP-dən ayrılacağına dair ehtimallar üstünlük təşkil edir. Hətta bu yaxınlarda sabiq Baş nazir Əli Babacanın yaratmaq istədiyi yeni partiyanın prezidentliyə namizədinin də məhz Abdulla Gül olacağı barədə xəbərlər gündəmə gəlmişdi. 

Hakim Ədalət və İnkişaf Partiyası daxilində parçalanmanın dərinləşməsi artıq siyasi elitada ciddi narahatlıq doğurmağa başlayıb. AKP rəhbərlərindən biri olan Burhan Kuzu yeni partiya quracaqları bildirilən sabiq prezident Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğluna “geri qayıdın” mesajı verib. AKP yetkilisi hesab edir ki, bu şəxslərin yeni partiya qurması ana müxalifətdə olan Cümhuriyət Xalq Partiyasının yolunu açacaq. “Bu partiyanın qurulması CHP-ni hakimiyyətə daşıyacaq. Mənim fikrim belədir. Onların partiya yaratması yalnız CHP-nin işinə yarayacaq”. Xatırladaq ki, Türkiyədə 2018-ci ildə keçirilmiş Prezident seçkilərində Abdulla Gülün müxalifətin vahid namizədi kimi irəli sürüləcəyi bildirilsə də, bu məlumatlar təsdiqini tapmamışdı. Lakin həmin dövrlə müqayisədə tamamilə fərqli situasiya yaranıb və A.Gül Ərdoğan iqtidarının əsas tənqidçilərindən birinə çevrilib. 

Politoloq Cümşüd Nuriyev hesab edir ki, əgər Abdulla Gül prezidentliyə namizəd olarsa, bu, 2023-cü ildən daha tez baş verəcək:

“Türkiyə hakimiyyətində Abdulla Gülə, Əli Babacana və Əhməd Davudoğluna qarşı siyasi qısqanclıq var. Bunun da səbəbi hər üç siyasətçinin Azərbaycan kökənli olmasıdır. Fikrimcə, Abdulla Gülün namizəd olması barədə deyilənlər siyasi gedişdir. Çünki mən Prezident seçkilərinin 2023-cü ilə qədər qalacağına inanmıram. Mən Türkiyədə hakimiyyətin daha tez müddətə dəyişəcəyini proqnozlaşdırıram. Yəni qarşıdakı altı ay və ya bir il ərzində Türkiyədə hakimiyyət mütləq dəyişəcək. Türkiyədə daxili vəziyyət həddindən artıq gərgindir. Ölkə həm iqtisadi, həm hərbi cəhətdən zəifləyib. Artıq Türkiyə siyasi “çöküşə” doğru gedir. Ərdoğan daha çox öz ailəsinin maliyyə məsələləri ilə məşğul olur. O, yalnız çıxışlar etməklə məşğuldur. Ərdoğan siyasətçi kimi natiq olsa da, əməlləri əvvəlkindən xeyli fərqlidir. Ona görə də seçkilərin 2023-cü ildən daha tez baş verəcəyini gözləyirəm. Türkiyə hakimiyyətindəki qısqanclıq ölkəni hazırkı duruma gətirib çıxarıb. Türkiyə 600 il tarixi olan bir dövlətdir və ictimaiyyət baş verənlərin mahiyyətini yaxşı anlayır. Türkiyədə daxli gərginlik artır və “sıxılan yay çox keçmədən atacaq”. 

Nəticədə, Rəcəb Tayyib Ərdoğan hakimiyyətdən gedəcək. Türkiyədə hakimiyyətə etnik türklər gəlmək istəyir. Parlamentdəki partiyaların heç birinin sədri “təmiz türk” deyil. AKP-nin, MHP-nin, CHP-nin rəhbərləri qeyri-türkdür. HDP-nin rəhbəri kürd və erməni kökənlidir. CHP-nin sədrinin anası ermənidir. İslamı qəbul etmiş aşxenlərdəndir, atası da kürddür. Kılıçdaroğlunun əsl soyadı Qarabuluddur. Ona görə də türklərin bu hakimiyyətə dözəcəyinə inanmıram”. 

Cümşüd Nuriyevin sözlərinə görə, hazırda Türkiyədə Prezident seçkiləri keçirilərsə, Ərdoğana qalib gəlmək şansına malik ən populyar siyasətçi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğludur. Lakin növbəti prezident AKP daxili müxalifətdən və müstəqil namizədlərin də arasından çıxa bilər:

“İmamoğlu Türkiyədə yeni doğan bir siyasətçidir. O, sözü ilə əməli düz gələn bir siyasətçi kimi tanınır. Ona görə də Türkiyə cəmiyyəti İmamoğlunu qəbul edir. Amma Türkiyədə Ərdoğanı əvəz edə biləcək kifayət qədər siyasi fiqurlar var. Əslində, AKP-də diktatura formalaşıb. Avtoritar partiyada isə savadlı kadrları sevmirlər. Çalışırlar ki, etnik mənsubiyyətinə görə qeyri-türklər aparıcı yer tutsun. Kimin nə vaxt hakimiyyətə gələcəyini demək çətin olsa da 80 milyonluq Türkiyəyə rəhbərlik edəcək kifayət qədər bacarıqlı şəxs var”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3675