hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Müxalifətin birliyinə “Yurd” və Milli Şura səddi

Müxalifətin birliyinə “Yurd” və Milli Şura səddi

Müxalifətin birliyi hər zaman aktual mövzulardan olub. Bütün dövrlərdə Azərbaycan müxalifəti daxilində birlik müzakirə olunub, ancaq hər dəfə hansisa siyasi qüvvə öz maraqlarına uyğun şəkildə  birliyə mane olub, narazı elektoratı birləşməyə qoymayıb. 

Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” qrupu hər zaman müxalifət daxilində  təmərküzləşmə meyllərinə əngəl olub. Bu qrup aldığı “parçala” tapşırığına hər zaman canla-başla əməl edib. “Yurd” son olaraq müxalifət daxilində ötən il başlamış proseslərə maneə törədir. Azərbaycan Xalq Hərəkatı (AXH) yeni təsis olunanda “Yurd” sədri Əli Kərimli bu birliyə qoşulmaqdan imtina etdi və birlikdə olanlara “satqın” adlandırdı. Baxmayaraq ki, AXH-ın ideya müəllifi hər zaman meydanda olan keçmiş daxili işlər naziri İsgəndər Həmidov idi. 

Qarşıdan bələdiyyə seçkiləri gəlir, 2020-ci ildə parlament seçkiləri keçiriləcək. Seçkilərin növbədənkənar keçiriləcəyi ilə bağlı da iddialar var. 2018-ci il prezident seçkilərində də müxalifət birlik nümayiş etdirə bilmədi. Birlik təşəbbüsü ilə çıxış edən müxalifət təmsilçilərinə qarşı aşağılama kampaniyası aparıldı. Nəticə etibarı ilə seçkilər ənənəvi olaraq hakim partiyanın qələbəsi  ilə bitdi. 

Düşərgənin toparlana bilməməsinin başlıca səbəblərindən biri və bəlkə də birincisi Əli Kərimlinin dirijorluq çubuğudur. Ümumiyyətlə, hər zaman müxalifətin birliyi gündəmə gələndə Əli Kərimli siyasi səhnədə aktivləşməyə başlayır. Amma nəticə hər zaman iflas olur. Bu nəticənin də altında “Kərimli imzası” öz yerini qoruyur. Hazırda bu düşərgədə tək siyasi lider kimi özünü, siyasi qurum kimi isə Milli Şuranın adını hallandırır. 

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya şərhində Azərbaycanın siyasi həyatında baş verənlərin sanki 90 -cı illərin əvvəlini xatırlatdığını deyib:

“Ənənəvi müxalifət düşərgəsində baş verənlər bir daha xalqda ümidsizliyə yol açdı. Əsasən “Yurd” sədri Əli Kərimli və Milli Şura ətrafında baş verənlər ölkə siyasi müxalifətinin toparlanmasına mane olur. Çünki digər siyasi partiyalardan birləşmək təşəbbüsü irəli sürüləndə, “Yurd” sədri tərəfindən total siyasi hücumlar həyata keçirilir və həmin qüvvə hakimiyyətlə iş birliyində ittiham edilir. Hesab edirəm ki, Əli Kərimli bu taktika ilə digər siyasi təşkilatları gözdən salaraq öz mövcudluğunu qorumağa çalışır. Amma hazırda AXCP sədri Razi Nurullayevin siyasi taktikası Əli Kərimlini kifayət qədər “nokauta” salıb. Xalq artıq bu ənənəvi düşərgəyə inanmır və AXCP sədri Razi Nurullayevin müasir çağırışlara cavab verən siyasi xəttini dəstəkləyir. “Yurd”un “parçala, hökm sür” siyasəti  xalqı siyasətdən uzaqlaşdırmağı, prosesi zəiflətməyi hədəfləyib. Lakin bu siyasət “Yurd”un özünə qarşı çevriləcək. Artıq “Yurd” və Milli Şura siyasi proeslərdə yalnız virtual olaraq mövcuddur və əriməyə məhkumdur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1376