hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Türkiyədən Azərbaycana ixracat artıb 

Türkiyədən Azərbaycana ixracat artıb 

2019-cu ilin birinci yarısında Türkiyədə istehsal olunan mal və məhsulların ixracatına görə əsas yeri müdafiə və aviasiya sahələri tutub.

Cebhe.info-nun verdiyi məlumata görə, son altı ayda Türkiyənin ixracatı 1,24 faiz artıb ki, onun da 41,4 faizini müdafiə və aviasiya sahələri təşkil edir. Müdafiə və aviasiya sahələri üzrə ən çox 18,9 faiz həcmində kimyəvi maddə və məhsul satılıb. Sement, şüşə, keramika, torpaq nümunələri 15,7 faiz, texnika və avadanlıq isə 9,53 faiz təşkil edib. Türkiyənin müştəriləri sırasında birinci yeri ABŞ tutur.

Son yarım ildə Türkiyə Birləşmiş Ştatlara 403 milyon 583 min dollarlıq müdafiə və aviasiya vasitələri satıb. İkinci yerdə qeyd edilən sahələr üzrə 134 milyon 634 min dollarlıq ticarət əməliyyatlı ilə Qətər, üçüncü sıranı isə 122 milyon 465 min dollarlıq göstərici ilə Almaniya yer alır. Türkiyənin əsas alıcıları sırasında Azərbaycanın da adı çəkilir. Cari ilin 6 ayı ərzində Türkiyə Azərbaycana 19 milyon 697 min dollar dəyərində müdafiə və aviasiya məhsulları satıb

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 848