hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

ABŞ-Rusiya: Tarixin ən pis münasibəti

ABŞ-Rusiya: Tarixin ən pis münasibəti

“Rusiya və ABŞ arasında münasibətlər bütün zamanlardan, hətta “soyuq müharibə" dövründəkindən də pisdir”.  

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavinin sözlərinə görə, Moskva və Vaşinqton hazırda hər zaman olduğundan daha aşağı nöqtədədir. 

Ryabkov "Hətta pis zamanlarda belə rəqiblər münasibətlərin necə inkişaf edəcəyini təxmin edirdi, indi isə bunu demək mümkünsüz olub", - deyə vurğulayıb. 

Münasibətləri bu nöqtədən çıxarmaq üçün qarşılıqlı etimad mühiti yaradılmasının vacibliyini bildirən Ryabkov "Vaşinqton siyasi problemlərin texnoloji həllini tapmağa çalışır, bu isə ölkələr arasında dialoqa imkan vemrir", - deyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1255