hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Adnan Oktarın dəstəsinin sirləri bir-bir üzə çıxır

Adnan Oktarın dəstəsinin sirləri bir-bir üzə çıxır

İstanbul Baş Prokurorluğunun Adnan Oktar cinayətkar dəstəsi ilə bağlı istintaq sənədlərində yeni detallar üzə çıxıb.

Cebhe.info xəbər verir ki, iddianamədə qeyd edilib ki, A.Oktar təşkilat üzvlərinə cinləri olduğunu deyərək onları təzyiq altında saxlayıb.

İstintaqa ifadə verən M.M.D adlı şəxs A.Oktarın "Mənim cinlərim var, sizin etdiklərinizi mənə bildirir, ona görə də heç vaxt mənə yalan danışmayın" dediyini bildirib.

Digər bir şahid C.G. isə təşkilat rəhbəri Adnan Oktarın ona "Mənim cinlərim var, hansına bir şey desən, mənim xəbərim olacaq. Cinlərdən hər şeyi öyrənirəm. Məndən xəbərsiz heç nə edə bilməzsən" dediyini və bu şəkildə onları qorxutduğunu qeyd edib.

B.B. adlı şəxs isə bildirib ki, Adnan Oktar onlara bütün Peyğəmbərlərin bacarıqlarının onda olduğunu deyirmiş:

"Yuxarı mərtəbədə böyük güzgünün qarşısına yüzlərlə qarışqa toplaşırmış, amma onlar da Adnan Oktara itaət edib, o əmr verəndə gedirlərmiş. Bundan sonra bir neçə dəfə bu senarinin eyni şəkildə başqa qız qrupları arasında da oynandığını eşitdim.

Adnan Oktar qızların bu tip hadisələri çox bəyəndiklərini və təsirləndiklərini deyirmiş, quşlar və cinlərlə bu tip əlaqədə olduğunu bizə danışırdı. Cinlərin köməyi ilə guya hər şeydən xəbəri olurmuş".

Leyla Aslan
Cebhe.info


Oxunma sayı: 2003