hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Argentinanın fond birjası indeksi bir günə 38% azalıb

Argentinanın fond birjası indeksi bir günə 38% azalıb

Avqustun 12-də Argentinanın aparıcı fond birjası indeksi - “Merval” rekord həddə - 37,9% azalıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, indeks ötən həftənin sonundakı 44 355 bənddən bu həftə 27 541 bəndə düşüb.

Bu, Argentinanın qiymətli kağızlar bazarında ən aşağı həddir. Kəskin azalmaya ölkədə keçirilən prezident seçkilərinin nəticələri səbəb olub. Belə ki, Alberto Fernandesin başçılıq etdiyi müxalifət alyansı səsvermənin yekununda 47,65%-lik göstəriciyə nail olub. Hazırkı prezident Maurisio Makrinin rəhbərlik etdiyi “Birgə dəyişiklikliyə” koalisiyası isə seçkilərdə 32,08% səs toplaya bilib.

Cebhe.info


Oxunma sayı: 1013