hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Atambayevin tərəfdarları həbs edilir-İş prezidentin nəzarətindədir 

Atambayevin tərəfdarları həbs edilir-İş prezidentin nəzarətindədir 

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin həbsindən sonra onun tərəfdarlarının kütləvi saxlanılmasına başlanılıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə "Azadlıq" radiosunun Qırğız bürosu açıqlama yayıb. Qırğızıstanın baş prokuroru Otkurbek Cəmşidov isə prezident Sooronbay Jeenbekovun avqustun 7-8-də Koy-Taş kəndində baş verən hadisələrlə bağlı açılmış cinayət işini şəxsən nəzarətdə saxladığını deyib. Baş prokuror bildirib ki, prezident cinayət işinin qanun çərçivəsində ciddi araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib. Bundan əlavə, O.Cəmşidov cinayət istintaqı çərçivəsində keçmiş prezident Almazbek Atambayevin əmlakının müsadirə edildiyini deyib.

Əmlakın siyahısı 120 bənddən ibarətdir. O, əlavə edib ki, jurnalistlər Mirbek Aytikeyev, Dmitri Lojnikov, Gunduz Joldubayeva, Nazgül Mamıtova, deputatlar İrina Karamuşkina və Asyel Koduranova avqustun 7-8-də baş vermiş hadisələrin bütün təfərrüatları üzrə şahid qismində dindirilir. "Onlar nə jurnalist, nə deputat, nə də Atambayevin tərəfdarı kimi deyil, şahid qismində dindirilir. Digər şəxslər də sorğu-sual ediləcək"-deyə baş prokuror bildirib.

Qeyd edək ki, Koy-Taş kəndində baş vermiş atışma zamanı Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı dəstəsinin əməkdaşı Ucenbek Niyazbəyov həlak olub, daxili işlər idarəsinin rəisi Samat Kurmankulov aldığı travmadan komaya düşüb. Müalicəsini davam etdirmək üçün onu Moskva şəhərindəki klinikalardan birinə aparıblar. Almazbek Atambayevin tərəfdarlarından Asyel Koduranova və İrina Karamuşkina, keçmiş deputat Rövşən Jeenbekov sabiq dövlət müşaviri Gunduz Joldubayeva və başqaları Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqa da cəlb olunub. Prezident Aparatının sabiq rəhbəri Fərid Niyazov, eks-prezidentin digər tərəfdarlarından Alqa Kılıçov, Kıyaz İsmailov və Amantur Jamqırçıyev barəsində isə oktyabrın 8-ə qədər həbs-qətimkan tədbiri seçilib.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1640