hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

AXH-dən qopmalar davam edəcək? - “İsgəndər Həmidovun yeni yaranan quruma münasibəti pis deyil”

AXH-dən qopmalar davam edəcək? - “İsgəndər Həmidovun yeni yaranan quruma münasibəti pis deyil”

Avqustun 17-də Azərbaycan Xalq Hərəkatında (AXH) qurultayqabağı toplantı keçirilib.

İclasda qurumun təsisçilərindən biri, sabiq daxili işlər İsgəndər Həmidovun da iştirakı gözlənsə də, bu mümkün olmayıb. İ.Həmidov səhhətindəki problemlərə görə bu dəfəki iclasda da iştirak edə bilməyib.

Cebhe.info-ya açıqlama verən AXH-nin təsisçilərindən biri Salman İmanlı deyib ki, sabiq nazirin səhhətində porblemlər qalır:

“İsgəndər Həmidov Türkiyəyə əməliyyata gedəcək. Toplantıya gəlincə, normal keçdi. İsgəndər Həmidovun 3 müavini seçilib. Onlardan biri də mənəm. Ağasif Şakiroğlunun mənim haqqımdakı qənaətləri ilə bağlı narazılığım vardı. Bu barədə “Xalq TV”-də çıxışımda dedim. Amma sonuncu iclasda bununla bağlı aydınlaşma oldu”.

S. İmanlı bildirib ki, iclasda təşkilati işlərə baxılıb, TK-nın sədr müavinləri seçilib: “ALDP-nin sədri Fuad Əliyev 1-ci müavin seçilib. Salman İmanlı, Valeh İbadov və Həsən Həsənov isə müavin seçildilər. Bu seçimlər İsgəndər bəyin təqdimatı nəticəsində səsvermə yolu ilə oldu”.

Bəs AXH üzvlər qurumdan istefa verərək “Demokratiya Naminə İnqilab Hərəkatı Komitəsi” adlı quruma qoşulan olacaqmıə

S.İmanlı deyib ki, fəaliyyətini AXH-də davam etdirəcək:

“Onlara qoşulmaq fikrim yoxdur. Uğurlar arzu edirəm. Ordakı insanların fəaliyyətini həmişə alqışlayacam. AXH-nin İdarə heyəti 18 nəfər idi. Bizim hörmətli dostlarımız Bəxtiyar Tuncay, Rza Səfərsoy, Mahmud Əhmədli və Ramiz Tağıyev gedəndən sonra İdarə Heyətinin 14 üzvü qaldı. Həmin gün də İdarə Heyətinin iclasında 11 nəfər iştirak edib. Onlardan ikisi- İsgəndər bəy və İlyas Abdullayev üzrlü səbəblərdən iştirak edə bilməyiblər. 11 nəfər də yetərli say olduğu üçün seçimlər şəffaf aparılıb, qərarlar isə normal qəbul edilib. Biz İsgəndər bəylə konkret danışıqlarımıza əsasən onun iclasda iştirakını arzulayır və bəzi suallarımıza cavab gözləyirdik. Amma İsgəndər bəylə telefon söhbətində suallarımıza aydınlıq gəldi. Lakin İsgəndər bəy iştirak edə bilmədi və telefonla özünün salamlarını çatdırdı. Biz İskəndər bəyə allahdan şəfa diləyirik”.

AXH İdarə Heyətinin keçmiş üzvü, yeni yaranan Demokratiya Naminə İnqilab Hərəkatı Komitəsinin təsisçilərindən biri Bəxtiyar Tuncay isə təşkilatdan ayrıldıqdan sonra İsgəndər Həmidovla əlaqə saxlamayıb. O, deyib ki, sabiq nazirin yeni yaranan təşkilatı münasibəti necədir, bilmir:

“Vallah, biz o bəyanatı verəndən sonra İsgəndər Həmidovla söhbət etməmişəm. Ona görə də münasibətini bilmirəm. Amma düşünmürəm ki, münasibəti pis olsun. Çünki bizim aramızda xoş münasibətlər hakimdir. Mən onların 6-cı gün keçirilən iclasına qatılmamışam və mənə məlum olmayan səbəbdən İsgəndər Həmidov iclasda iştirak etməyib”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1651