hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

"Azərişıq”da tender fırıldağı: 6 aylıq şirkət 1.5 milyonluq layihənin necə qalibi oldu?

"Azərişıq”da tender fırıldağı: 6 aylıq şirkət 1.5 milyonluq layihənin necə qalibi oldu?

"Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub. 

Cebhe.info "Report"a istinadla xəbər verir ki, tenderin qalibi "Tikinti Təmir RR” MMC elan edilib. 

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb. 

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan "Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.

Cebhe.info


Oxunma sayı: 2190