hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bakıda “gözəbatan” toy edən imkanlılar: Restoranlardan özəl olaraq nə tələb edir?

Bakıda “gözəbatan” toy edən imkanlılar: Restoranlardan özəl olaraq nə tələb edir?

Azərbaycan insanı daha çox toyda fəqlənməyi üstün tutur.

Bunun görə də çox zaman mərasimlərini keçirmək üçün bahalı restoranların xidmətindən istifadə edilir.

Toylardakı dəbdəbə zaman-zaman müzakirə mövzusu olsa da, bu sahədə hansısa dəyişikliyə nail olmaq mümkün olmur.

Maraqlıdır, Bakı restoranlarında toy mərasimləri zamanı imkanlı şəxslərin özəl istəkləri nə olurə Restoranlar onlara istər dekorasiyada, istər rəqs, istərsə də menyuda özəl təkliflər edirmiə

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Çanaqqala” restoranının administratoru bildirib ki, onlarda menyu və digər xidmətlər standartdır. Menyudakı yeməklər qiymətlərinə görə dəyişir, əgər hər hansı bir şəxs toyunun daha təmtəraqlı keçməsini istəyirsə, ən bahalı yeməkləri menyusuna əlavə edir. Həmçinin administrator restoranda toy mərasiminin onsuz da olduqca dəbdəbəli keçdiyini və özəl bir təklifə ehtiyac qalmadığını da vurğulayıb:

“Bizdə toylar kifayət qədər təmtəraqlı keçirilir və menyumuz standartdır. Menyularımızda adətən bahalı yeməklərə üstünlük verilir. Lakin biz özümün xüsusi təkliflər etmirik. Kimsə toyunun fərqlənməsini istəyirsə, rəqs, musiqi kimi seçimlər dəyişə bilər. Ümumilikdə isə fərqli, gözəbatan toy keçirmək üçün heç kim xüsusi tələb irəli sürmür, bu kimi hallar çox nadir olur”.

“Sərin” restoranın administratoru isə bütün insanlara eyni gözlə baxdıqlarını və bacardıqları qədər xidməti mükəmməl həyata keçirməyə çalışdıqlarını bildirib:

“Biz vəzifəyə görə insanlara fərq qoymuruq, ona görə də menyu, dekor, musiqi, rəqs və eləcə də digər heç bir şeydə böyük əhəmiyyətli, özəl təkliflər etmirik. Nə də bizdə toy edən vəzifə adamları elə tələb irəli sürürlər. Güzəştlərə gəldikdə isə vəzifəli adamın güzəştə ehtiyacı olmadığını düşünərək sıravi vətəndaşlara daha çox güzəşt edirik . Bu kimi toylarda sadəcə son məqamda nəsə təmtəraqlı fərqliliklər müşahidə edilir ki, onları da toy edən adamın öz tələbi ilə edirik. Toyunun bir az dəbdəbəli keçməsini istəyən şəxslər menyuda bahalı yeməklərə üstünlük verirlər ki, bizim menyumuzda da daha çox müxtəlif növ balıqlar yer tutur. Bu şəxslər də fərqlilik üçün onları seçirlər”.

Qeyd edək ki, “Oazis”, “Hollywood” və “Neolit” kimi restoranların adminsitratorları sorğuda iştirak etmək istəməyib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 3334