hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Banklar, ticarət mərkəzləri bağlanır, küçələr dolur, dükanlar boşaldılır: PAYTAXT MİTİNQƏ HAZIRLAŞIR

Banklar, ticarət mərkəzləri bağlanır, küçələr dolur, dükanlar boşaldılır: PAYTAXT MİTİNQƏ HAZIRLAŞIR

Qırğızıstanda gərginləşən vəziyyət fonunda banklar, ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

Buna səbəb yerli vaxtla saat 16:00-da sabiq prezident Almazbek Atambayevin mitinq təyin etməsidir.

Cebhe.info-nun "24.kg." saytına istinadən xəbərinə görə, vəziyyət gərginləşdiyindən banklar və ticarət mərkəzləri işini yarımçıq qoyub. Həmçinin ərzaq və mobil telefon mağazaları da bir-birinin ardınca bağlanır. Əməkdaşlar şəhərdə qarət olacağından narahatdır və dükanlar boşaldılır.

Artıq banklar müştərilərinə bütün ofislərinin bağlanması barədə xəbərdarlıq göndərib. Bölgələrdəki vəziyyət hələlik sabitdir.

Xatırladaq ki, dünən Atambayevin iqamətgahına hücum olub. Nəticədə 47 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5138