hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Bir qrup media, QHT nümayəndəsi və ictimai xadimə Xalq Cümhuriyyətinin 100 illiyi medalı təqdim olunub - SƏRƏNCAM

Bir qrup media, QHT nümayəndəsi və ictimai xadimə Xalq Cümhuriyyətinin 100 illiyi medalı təqdim olunub - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla ilə bir qrup şəxs "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilib.

Cebhe.info xəbər verir ki, təltif olunanlar arasında media təmsilçiləri-  "Olaylar" qəzetinin baş redaktoru, yazıçı- publisist Yunus Oğuz, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Əməkdar jurnalist Azər Həsrət, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Real TV-nin rəhbəri Mirşahin Ağayev də var. 

Dövlət başçısı vətəndaş cəmiyyəti fəallarından bir qrupunu da bu medalla təltif edib. Belə ki,  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev,  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə mükafatlandırılıb.

Qeyd edək ki, təltif olunanlar arasında Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə və araşdımaçı jurnalist Dilqəm Əhməd də var.

Cebhe.info


Oxunma sayı: 2421