hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bir tərəfdə Kazaryan, digər tərəfdə Dilqəm və Şahbaz: “Dialoq aparılır”

Bir tərəfdə Kazaryan, digər tərəfdə Dilqəm və Şahbaz: “Dialoq aparılır”

12 avqustda Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.

"Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə nazirliyin məlumatında qeyd olunub.

Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırılıb. 19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı da var.

Cebhe.info-ya açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amil Həsənov qeyd edib ki, hazırda fərari erməni ilə bağlı məlumat vermək mümkün deyil:

“Biz konkret açıqlama verə bilməyəcəyik. Beynəlxalq Qızıl Xaç Komitəsi öz mandatı çərçivəsində münaqişə ilə bağlı saxlanılan şəxslərə baş çəkir və aidiyyatı üzrə səlahiyyətli qurumlarla ikitərəfli kontinental danışıqlar aparılır. Qarşı tərəfin onunla bağlı Azərbaycan tərəfinə müraciəti ilə bağlı məsələ BQXK-nın səlahiyyətində deyil. Bizim baş çəkmələrimiz yalnız saxlanılan şəxsin saxlanma şəraiti, onun ailəsi ilə əlaqə saxlayıb-saxlamamasını müəyyənləşdirmək üçündür. Konkret bu hal haqqında sadəcə onu deyə bilərik ki, dialoqlar aparılır, lakin dialoqun özü də kontinentaldır və biz detallarla bağlı məlumat verə bilmərik. Əgər gələcəkdə əlavə bir məlumat olarsa, ictimaiyyətə açıqlanacaq. Hazırkı vəziyyəti mətbuata açıqlamaq işin gedişatına da təsir edə, həmçinin tərəflərə də ziyan verə bilər”.

Amil Həsənov eyni zamanda girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı da danışıb: “Saxlanılan Azərbaycan vətəndaşlarına mütəmadi olaraq baş çəkilir. Əgər şəxslər istəyirsə, onların istəyi əsasında ailələrinə məktub və videogörüntü verilir. Amma şəxslər məktub göndərmək istəmirsə, biz bunu etmirik. Həmçinin şəxslər məktub və ya videogörüntü göndərirlərsə belə, biz bu haqda məlumatı sadəcə onların ailələrinə veririk”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2047