hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Bu ölkədəki səfir və bütün diplomatlar geri çağrıldı - QALMAQAL

Bu ölkədəki səfir və bütün diplomatlar geri çağrıldı - QALMAQAL

Pakistan Hindistandakı bütün diplomatlarını geri çağırıb. 

Səfir geri çağırılıb, bütün diplomatlara Hindistanı təcili tərk etmək təlimatı verilib.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu, yaxınlarda Hindistanın Kəşmir və Cammu ştatlarının xüsusi statusunu ləğv etməsiylə bağlıdır. Bu ərazilərdə müsəlmanlar üstünlük təşkil edir.

Region öz muxtariyyətini itirir, parlament buraxılır və üstəlik 2 əraziyə bölünür. Bununla yanaşı Hindistanın digər regionlarının əhalisi üçün bu ştatlarda daşınmaz əmlak almaq qadağası qoyulur. Yeni qaydalar Pakistanın kəskin etirazı ilə qarşılanıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2014