hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Çin malı keyfiyyətsizdirsə, ölkəyə niyə buraxılır? - RƏY

Çin malı keyfiyyətsizdirsə, ölkəyə niyə buraxılır? - RƏY

“Məktəbli geyimləri ilə bağlı sanitar normalar haqqında yenə konkret fikir, məsləhət yoxdur. “Bakı Tikiş Evi” (BTE) deyir ki, ancaq bizdən alın, satışda olan Çin istehsalı olan malları almayın”.

Cebhe.info xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, raqabətli mühitin formalaşmasına şərait yaratmaq lazımdır:

“Bu “kitayski” mallar keyfiyyətsizdirsə, ölkəyə niyə buraxılırə Vahid geyim forması təsdiq edilibsə, sanitar normalara əməl edilməklə kim istəyir tikib satsın, rəqabət olsun, valideyn də cibinə uyğun geyimləri alsın. Bir azdan məktəbli çantaları ilə bağlı yenə ajiotaj başlayacaq. Yenə çantaların çəkisi üzərində baş sındıracağıq. Bitmir ki, bitmir!”

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1211