hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Eks-prezidentin qudasının evindən pul dolu çanta tapıldı: Mitinqlərə xərclənəcəkmiş

Eks-prezidentin qudasının evindən pul dolu çanta tapıldı: Mitinqlərə xərclənəcəkmiş

Avqustun 8-də keçirilən xüsusi əməliyyatda polisə təslim olan Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin qohumlarının evindən külli miqdarda pul tapılıb.

Cebhe.info xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, operativ əməliyyat 9 avqustda gecə Atambayevin qudasının evində keçirilib. Seyid Atambayevin həyat yoldaşının valideynlərinə məxsus evdə keçirilən əməliyyatda tapılan pulun eks-prezidentin ailəsinə məxsus olduğu güman olunur.

İttiham aktına görə, pulu oğul Atambayev saxlamaq üçün qohumlarına verib.

Çantada 170 min som, ad və telefon nömrələri olan siyahı, 2 225 000 somla bağlı ümumi xərclərə dair qeydlər, 318 min dollar olub.

İstintaqın versiyasına görə, bu vəsait ölkədə mitinq və kütləvi iğtişaşların maliyyələşməsi üçün nəzərdə tutulub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3389