hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

"Əmanətçilərin banklardakı böyük məbləğdə vəsaiti mənimsənilib" - Deputat

"Əmanətçilərin banklardakı böyük məbləğdə vəsaiti mənimsənilib" - Deputat

Əmanətçilərin banklarda qalan vəsaitlərinin geri götürülməsi ilə bağlı problemlərin bir qismi hələ də həll olunmayıb.

Azərbaycan Prezidentinin əmanətlərin dövlət təminatına alınması ilə bağlı sərəncamı olsa da, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətsizliyi bəzi kreditorların haqlı narazılığı ilə qarşılanır.

Cebhe.info xəbər verir ki, bu barədə fikirlərini Reyting.az-la bölüşən Milli Məclisin deputatı Fazil Mustafanın söğzlərinə görə, problemlə bağlı ona da davamlı şikayət və müraciətlər olur.

Onun sözlərinə görə, bu məsələ bankların sistem olaraq yenidən formalaşması ilə bağlıdır:

"10 minə qədər borcların sıfırlanmasını müəyyən mənada təmin elədik. Bu rəqəmdən yuxarı çoxsaylı insan var ki, iş həyatını inkişaf etdirmək üçün vəsait götürüblər, amma onların problemləri öz həllini tapmayıb. O baxımdan da, hələki bu məsələlərdə çətinliklər qalmaqdadır. Bunu tədricən çözmək lazımdır. Çünki əks halda sahibkarlığın inkişafına zərbə dəyəcək”.

F. Mustafa qeyd edib ki, "AtraBank”ın Kreditorlar Komitəsinin üzvü də üzləşdikləri problemlə bağlı ona müraciət edib: "Onların banka qoyduqları vəsaitləri qaytarılmır. Bu, çox ciddi məsələdir. Bunu gündəmə gətirməliyik ki, problemlər üst-üstə yığılmasın. Hər halda, bankların bunu qaytarmaq imkanı var. Çünki kredit verəndə onun ehtiyat variantlarını da düşünürlər. Ləğv olunan banklarla bağlı da süni problemlər yaradaraq vətəndaşın narazılığına səbəb olurlar”.

F. Mustafa bildirib ki, "AtraBank”da, "Bank Standart”da və digər banklarda vəsaitləri itən çox sayda insanlar var.

"Əksəriyyətində bu vəsaitlər mənimsənilib. Ona görə də bunun yenidən bərpa olunmasına ehtiyac var”.

Əmanətlərin Sığortalanması Fondundakı neqativ hallar və korrupsiya faktları ilə bağlı iddialara gəlincə, millət vəkili "Əslində, problemlər əsasən Əmanətlərin Sığortalanması Fondundan qaynaqlanır. Əmanətlərin sığortalanması məsələsində obyektivlik və şəffaflıq çox vacibdir. Bunlar olmadığına görə belə problemlər yaşanır”, – deyə millət vəkili əlavə edib.

Onu da qeyd edək ki, bir müddət əvvəl "AtraBank”ın əmanətçilərinin bir qismi Əmanətlərin Sığortalanması Fondundakı korrupsiya ilə bağlı dövlət başçısına müraciət etmişdi.

"AtraBank”ın Kreditorlar Komitəsinin hazırki sədri Bayram Abbasov isə Reyting.az-a müsahibəsində bildirmişdir ki, Azərbaycanda baş verən iki devalvasiyadan sonra bağlanan bankların əmanətçiləri, xüsusən də vəsaitləri "AtraBank”da qorunan vətəndaşlar əmanətlərini müvafiq qanunun tələblərinə uyğun formada geri ala bilmirlər.

Cebhe.info


Oxunma sayı: 2597