hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Evlər niyə ucuzlaşmır? - Bazara dövlət nəzarəti vacibdir

Evlər niyə ucuzlaşmır? - Bazara dövlət nəzarəti vacibdir

Əmlak bazarında evlərin qiymətində nəzərə çarpacaq ucuzlaşmalar müşahidə olunmur.

Baxmayaraq ki, yeni layihələr əsasında tikilən mənzillər güzəştli şərtlərlə vətəndaşların istifadəsinə verilsə də, lakin təxminən 3-4%-dən çox qiymət ucuzlaşması müşahidə olunmur.

Əmlak bazarındakı hazırkı vəziyyəti Cebhe.info-ya şərh edən daşınmaz əmlak məsələləri üzrə ekspert Pərviz Qulami açıqlamasında son aylar bazarda evlərin qiymətinin düşmədiyini deyib.

“Son 3-4 ay ərzində qiymətlərdə ümumilikdə orta hesabla 4-5 faiz ucuzlaşma var. Lakin bu ucuzlaşma faiz dərəcəsi və zonalara görə fərqlənir. Yəni imkanlı alıcı kütləsi üçün nəzərdə tutulan binalarda qiymət düşmür, çünki belə binalardakı mənzillərin gec-tez alıcısı tapılacaq. Hazırda “ekonom-klass” tipli evlərə tələbat azaldığı üçün qiymətlərdə 5-7 faiz ucuzlaşma müşahidə edilir. Bu həm ipoteka kreditləşməsində yaranan passivlik, həm müəyyən qədər mövsümü amillər rol oynayır. Qiymətlərin kəskin ucuzlaşmasını gözləmək real olmaz. Çünki satışa çıxarılan hər bir mənzilin maya dəyəri var. Heç kəs əmlakını maya dəyərindən aşağı qiymətə satmağa razı olmur”.

Ekspert Vüqar Oruc isə bildirib ki, qiymətlərin 3-4% düşməsi göz önündədir, lakin biz daha böyük düşmə faizini gözləməkdəyik: “Bu yəqin ki, yay fəslinin bitməsindən sonra payız fəslinə təsadüf edəcək. Söhbət ondan gedir ki, manatın alıcılıq qabiliyyətindən asılı olaraq - 2015-ci ildə 50 min manata alınan mənzil, bu gün də 50 min AZN-ə satılırsa, demək mənzillər ucuzlaşıb. Çünki manatın 2015-ci ildəki alıcılıq qabiliyyəti ilə bugünkü alıcılıq qabiliyyəti eyni deyil. Biz bazarı təhlil edərkən görürük ki, bəzi yerlərdə qiymətlər stabil qalsa da, bəzi yerlərdə artım müşahidə olunur. Düşünürəm ki, əmlak bazarında alqı-satqı işlərinə rəsmi nəzarət olmalıdır. Sosial şəbəkələrdə və ya müxtəlif saytlarda bizə təqdim olunan qiymətlər reallığı əks etdirmir. Real qiymətlər alıcı ilə satıcı arasında razılığa gəlinən qiymətlərdir”.

Əli Bədirli

Cebhe.info


Oxunma sayı: 1035